Bank Of Baku

Dördüncü mərtəbədən yıxılan fəhlə sağ qalıb

Dördüncü mərtəbədən yıxılan fəhlə sağ qalıb
# 12 dekabr 2008 09:28 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda yeni tikilməkdə olan çoxmərtəbəli yaşayış binasından yıxılan fəhlə sağ qalıb. Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, hadisə Azərbaycan prospekti 14 ünvanında baş verib. Həmin ünvanda inşa olunan binada fəhlə işləyən Bakı şəhər sakini Elşad Əliyev 4-cü mərtəbədən yıxılıb. Kəllə-beyin travması və müxtəlif bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə çatdırılan yaralının vəziyyəti orta-ağırdır. Hadisə ilə bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR