Bank Of Baku

İnternatda qətl hadisəsi baş verib

İnternatda qətl hadisəsi baş verib
# 12 dekabr 2008 09:57 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycanın Şamaxı rayonunda yerləşən 1 saylı İxtisaslaşdırılmış Ruhi-Əsəb İnternat Evində qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 4-də Şamaxı rayonundakı 1 saylı İxtisaslaşdırılmış Ruhi-Əsəb İnternat Evində yaşayan Tanrıverdi Qurbanov münaqişə zəminində Hüseyn Hüseynovu bıçaqlayıb.

Yaralıya ilkin tibbi yardım göstərilsə də, o, dekabrın 11-də yaşadığı İnternat Evində aldığı xəsarətdən ölüb.

Faktla bağlı araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR