Bank Of Baku

Beynəlxalq axtarışda olan azərbaycanlı iş adamı Həştərxanda yaxalanıb

Beynəlxalq axtarışda olan azərbaycanlı iş adamı Həştərxanda yaxalanıb
# 12 dekabr 2008 10:11 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Dörd il beynəlxalq axtarışda olan azərbaycanlı iş adamı Rusiyanın Həştərxan şəhərində həbs edilib. İsmayıllı rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayon sakini Vasif Süleymanov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinir. Onun 2004-cü ildə Bakı şəhərinin Qaradağ rayonu ərazisində sahibkarlıqla məşğul olduğu və həmin il vətəndaşlardan külli miqdarda pul toplayaraq Azərbaycanı tərk etdiyi bildirilir. Dörd il barəsində beynəlxalq axtarış elan olunmuş V. Süleymanov Həştərxanda yaxalanıb. Hazırda onun Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR