Bank Of Baku

Salyanda ölümlə nəticələnən yol qəzası baş verib

Salyanda ölümlə nəticələnən yol qəzası baş verib
# 12 dekabr 2008 10:46 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycanın Salyan rayonunda bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə ötən gün saat 16.20 radələrində baş verib. Cəlilabad rayon sakini Fədai Müftəliyevin idarə etdiyi "LAZ" markalı avtomobil Lənkəran şəhər sakini Məhərrəm Həsənovun idarə etdiyi "Kamaz" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində xəsarət almış F. Müftəliyev və M. Həsənov xəstəxanaya yerləşdiriliblər. Yaralı M. Həsənov xəstəxanada keçinib. Faktla bağlı Salyan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR