Bank Of Baku

Sabunçu rayonunda quldurluq hadisəsi baş verib

Sabunçu rayonunda quldurluq hadisəsi baş verib
# 12 dekabr 2008 10:53 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakının Sabunçu qəsəbəsində quldurluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ötən gün Sabunçu qəsəbəsində 3 naməlum şəxs Yeni Suraxanı qəsəbə sakini Zəfər Cəfərovu ov tüfəngi ilə hədələyərək 4600 manat və 750 ABŞ dolları məbləğində pulunu alıblar. Daha sonra quldurlar Z. Cəfərovu "Hyundai" markalı maşınla Zabrat qəsəbəsinə, sonra isə yenidən Sabunçu qəsəbəsinə qaytarıb, döyərək maşından düşürüblər. Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Binə qəsəbə sakinləri Rafiq, İlqar və Əlikram İsmiyev adlı üç qardaş həbs olunub. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR