Bank Of Baku

Əli İnsanov Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülüb

Əli İnsanov Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülüb
# 12 dekabr 2008 13:57 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Keçmiş səhiyyə naziri Əli İnsanov bu gün Ədliyyə Nazirliyi Müalicə Müəssisəsinə köçürülüb. Ə. İnsanovun vəkili Ağaveys Şahverdi APA-ya bildirib ki, köçürülmə prosesi bu gün saat 16:00 radələrində həyata keçirilib. Ə. İnsanov Müalicə Müəssisəsində müayinə və müalicə olunacaq.

Qeyd edək ki, İnsan Haqları üzrə Avropa Məhkəməsi Azərbaycanın sabiq səhiyyə naziri Ə. İnsanovun şikayəti əsasında onun müalicəsinin təmin olunması, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməsi barədə qərar qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR