Bank Of Baku

Ağdamda məcburi köçkünlər polis zabitini döyüblər

Ağdamda məcburi köçkünlər polis zabitini döyüblər
# 12 dekabr 2008 15:05 (UTC +04:00)
Bakı. Teymur Zahidoğlu-APA. Ağdam rayonunda məcburi köçkünlərlə polis əməkdaşı arasında insident baş verib.

Əfətli kəndində məskunlaşmış həmin rayonun Yusifcanlı kəndindən olan bir qrup şəxs rayon polis şöbəsinin zabiti, polis leytenantı Elgiz Əliyevi döyüblər. APA-nın Qarabağ bürosunun məlumatına görə, buna səbəb həmin ərazidəki elektrik transformatorunun əvəzlənməsi haqda rayon məhkəməsinin çıxardığı qərarın icrası olub. Həmin transformator şəxsi mülkiyyətdə olduğundan sahibi onu götürmək istəyib. Lakin məcburi köçkünlərin etirazı məsələnin məhkəməyə çıxarılmasına səbəb olub. Məhkəmə icraçıları və Ağdam Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşları transformatoru götürmək istədikdə məcburi köçkünlər buna mane olublar. Buna görə də əraziyə polis əməkdaşları çağırılıb. Hadisə yerinə gələn polis leytenantı E. Əliyev məcburi köçkünlər tərəfindən döyülüb və ona bədən xəsarəti yetirilib. Hazırda E. Əliyev rayon xəstəxanasında müalicə olunur. Həkimlər onun vəziyyətinin kafi olduğunu bildiriblər. Ağdam rayon Polis Şöbəsindən APA-ya faktı təsdiqləyiblər. Polisdən bildirilib ki, faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR