Səhər saatlarında Bakı Metropolitenində qatarların hərəkət qrafikində ləngimələr müşahidə olunub
22 fevral 2012 07:59 (UTC +04:00)
APA-nın məlumatına görə, qatarların hərəkət qrafikindəki interval adi günlərdəkindən fərqli olaraq bəzi stansiyalarda 11 dəqiqəyə çatıb. Bu da vaqonlarda sıxlığın yaranmasına, qatarların tuneldə dayanmasına səbəb olub.
Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov isə APA-ya açıqlamasında Metropolitendə hər hansı bir nasazlıq probleminin olmadığını söyləyib. Onun sözlərinə görə, problem sərnişinlərin qatarı gecikdirməsi nəticəsində yaranıb: “Bəzən olur ki, sərnişinlər qatarın qapılarını tutur və bu da nəticədə gecikməyə səbəb olur. Son günlər metroda sərnişinlərin sayı artdığı üçün belə bir problem meydana çıxır”.

Hadisə
Biləsuvarda iki minik avtomobili toqquşub, xəsarət alanlar var
11:58
16 iyun 2024
Sumqayıtda qrad mərmisi aşkar edilib - FOTO - VİDEO
11:30
16 iyun 2024
Mingəçevirdə gəzinti qayığında yanğında xəsarət alan 10 nəfərin vəziyyəti açıqlanıb - YENİLƏNİB
10:24
16 iyun 2024
Bakıda “Toyota" yanıb
09:26
16 iyun 2024