Balakən və Zaqatalada üç yanğın hadisəsi baş verib
31 mart 2012 07:13 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Azərbaycanın Balakən və Zaqatala rayonlarında yanğın hadisələri baş verib. Bu barədə APA-nın yerli bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən və Zaqatala Yanğından Mühafizə Hissələrindən (YMH) məlumat verilib. İlk yanğın hadisəsi Balakən rayonunun Katex kəndində, Dərvişov Süleyman Əmrullax oğlunun yaşadığı evin həyatyani sahəsində tikilmiş, ümumi sahəsi 55 kv/m olan tövlədə qeydə alınıb. Baş vermiş yanğın nəticəsində tövlənin yanar konustriksiyaları və 2 ton quru ot kütləsi yanaraq yararsız hala düşüb.
Zaqatalada isə iki yanğın hadisəsi qeydə alınıb. Yanğınlar rayonun Əliabad və Aşağı Tala kəndlərinin inzibati ərazilərinə məxsuz quru ot və kol-kos sahələrində baş verib. Nəticədə 2 hektar sahə yanıb. Hər iki kənddə baş verən yanğınlar fındıq bağlarına bitişik sahələrində baş verib. Zaqatala YMH-nin əməkdaşlarının səyi nəticəsində yanğının genişlənərək fındıq bağlarına keçməsinin qarşısı alınıb. Faktlarla bağlı araşdırma aparılır.

Hadisə
“Tərtər işi” ilə bağlı həbs edilən general Bəkir Orucovun cəzası 9 ildən 6 ilə endirilib
17:50
17 may 2024
DYP Cavanşir körpüsü üzərində hərəkətin məhdudlaşdırılması barədə müraciət edib
17:20
17 may 2024
Qohumuna qarşı dələduzluqda ittiham edilən təşkilat sədri saxlanılıb
16:45
17 may 2024
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib
14:44
17 may 2024