Məhkəmə “Binəqədi Oil Company” şirkətinin apellyasiya şikayətini təmin etməyib
08 iyun 2012 09:37 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində “Binəqədi Oil Company” şirkətinin Binəqədi qəsəbə bələdiyyəsinə qarşı apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, şirkət Həmzəyev Pərviz Mahmud oğluna məxsus tikilinin sökülməsi və bələdiyyə tərəfindən verilən sərəncamın etibarsız hesab edilməsinə dair tələbi ilə Binəqədi rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib.