ATƏT-in fəaliyyətdə olan sədrinin üç şəxsi nümayəndəsi OmbudsmanAparatında olub
11 oktyabr 2012 15:14 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında ATƏT-in fəaliyyətdə olan sədrinin Dözümlülüyün təbliği üzrə üç şəxsi nümayəndəsi - hakim KetrinMak Ginnes, səfir, senator Adil Axmetov və ravi Endryu Beykeri (ABŞ, Massaçusets ştatı) qəbul edilib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı qonaqlara Müvəkkil Elmira Süleymanovanın mandatı, insan hüquqlarının müdafiəsi istiqamətində, o cümlədən MPM qismində fəaliyyəti, həmçinin Ombudsmanın regional mərkəzləri haqqında geniş məlumat verib.
Müvəkkilin dövlət qurumları, vətəndaş cəmiyyəti və nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT-lə ilə sıx əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.
Qonaqların Ombudsmanın regional ofislərinin yerlərdə apardığı maarifləndirmə fəaliyyəti, insan hüquqları sahəsində mövcud problemlər, qadın hüquqları və gender balansı, beynəlxalq təşkilatlar və yerli QHT-lərlə əməkdaşlıq üzrə sualları da Müvəkkil tərəfindən ətraflı cavablandırılıb.
Ketrin MakGinnes təmsil etdiyi nümayəndə heyəti adından səmimi qəbul və faydalı fikir mübadiləsi üçün təşəkkür edib, Azərbaycan Ombudsmanının insan hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətini müsbət qiymətləndirib, onun səlahiyyətlərinin müxtəlif ölkələrdəki Ombudsman modellərinə xas olan səlahiyyətlərdən daha geniş olduğunu vurğulayıb.

Hadisə
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB - FOTO
23:39
17 may 2024
Bakının İstiqlaliyyət küçəsində kafedə tüstülənmə olub
21:26
17 may 2024
FHN: Kürdəmir və Saatlıda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib - VİDEO
19:55
17 may 2024
“Tərtər işi” ilə bağlı həbs edilən general Bəkir Orucovun cəzası 9 ildən 6 ilə endirilib
17:50
17 may 2024