Bank Of Baku

Günəş haqqında fenomenal hadisəni Qız Qalasından seyr etmək mümkündür

Günəş haqqında fenomenal hadisəni Qız Qalasından seyr etmək mümkündür
# 22 dekabr 2006 11:44 (UTC +04:00)
“Azerbaijan İnternational” jurnalında Qız Qalası haqqında yeni kəşf barədə məlumat verilib. APA-nın xəbərinə görə, məqalə Abbas İslamov, Ronni Qallaher və jurnalın redaktoru Betti Bleyerin tədqiqatlarına istinad edir. Məqalədə qeyd olunur ki, dekabrın 22-də qış gündönümündə günəşin çıxmasını Qız Qalasının dənizə baxan hissəsində və qalanın yarı hündürlüyündə yerləşən qapıdan seyr etmək mümkündür: “Günəş haqqında fenomenal hadisələri İngiltərədə, Şotlandiyada, İrlandiyada və Skandinaviya ölkələrindəki abidələrdən də müşahidə etmək mümkündür. İlkin sivilizasiya dövründə Günəşin səmanın cənub-şərqində istiqamətini dəyişdiyi zaman yeni ilin gəlişini qeyd etmək üçün bir çox abidələr inşa edilib”. Məqalə müəllifləri hər il 21, 22, 23 dekabr tarixlərində bu hadisənin Qız Qalasına gələn ziyarətçilər tərəfindən seyr edilməsini və bunun ənənəvi hal almasını arzulayırlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR