Mətbuat Şurası “Azadlıq” qəzetinin əməkdaşının təzyiqə məruz qalması ilə bağlı daxili işlər nazirinə müraciət edib
26 dekabr 2006 10:48 (UTC +04:00)
Mətbuat Şurası (MŞ) “Azadlıq” qəzetinin əməkdaşı Nicat Dağların fiziki təzyiqə məruz qalması ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edib. Bu barədə APA-ya MŞ-dan məlumat verilib. Müraciətdə bildirilir ki, N. Dağlar dekabrın 25-də Bakıda yaşadığı mənzilin qarşısında naməlum şəxslər tərəfindən fiziki təzyiqə məruz qalıb. Naməluma şəxslər onu yerə yıxaraq başına, bədəninə zərbə endiriblər. Hətta onlardan biri jurnalisti bıçaqla vurub: “İstərdik ki, bu məsələ operativ və obyektiv araşdırılsın. Əminik ki, sayənizdə N. Dağlara xəsarət yetirilməsi ilə bağlı faktın bütün təfərrüatları üzə çıxarılacaq, günahkarlar layiqli cəzalarını alacaqlar”. Bundan başqa, “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi də Nicat Dağların fiziki təzyiqə məruz qalmasına etiraz əlaməti olaraq bəyanat yayıb. /APA/
Hadisə
Bakıda qəza törədən sürücü və yaxınları jurnalistlərə təzyiq göstəriblər - FOTO - VİDEO
03:15
5 may 2024
Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO
01:39
5 may 2024
Bakıda həkimə əri çoxsaylı bıçaq zərbəsi vurub
22:23
4 may 2024
Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - YENİLƏNİB
21:38
4 may 2024