Ali Məhkəmə Azərbaycanda həbs olunmuş “Əl-Qaida” üzvləri barəsində hökmü qüvvədə saxlayıb
26 dekabr 2006 11:52 (UTC +04:00)
Bu barədə APA-ya təqsirləndirilən şəxslərdən Arif Hacıyevin vəkili Elman Osmanov məlumat verib. Hakim Müzəffər Ağazadənın sədrliyi ilə keçirilən prosesdə dəstə üzvləri barədə əvvəlki məhkəmə instansiyasının çıxardığı hökm qüvvədə saxlanılıb.
Qeyd edək ki, Azərbaycan, Rusiya, Türkiyə və Yəmən vətəndaşlarından ibarət olan dəstə üzvlərinin əksəriyyəti dini təmayüllü təşkilatların, o cümlədən “Əl-Qaida”nın üzvü olub, Gürcüstan ərazisində, Pankisidəki düşərgələrdə təlim keçib. Banda üzvləri terror əməlləri törətməkdə, qanunsuz yolla silah-sursat əldə etmək və gəzdirməkdə, ötən ilin iyulunda Bakıda, 3-cü mikrorayon dairəsində Nəsimi rayon Polis İdarəsinin əməkdaşı Mövlan Əlibəyovu qətlə yetirməkdə və digər ağır cinayətlərdə ittiham olunurlar. Apellyasiya Məhkəməsinin hökmü ilə dəstənin başçısı Hacıyev Arif Həsənbəyoviç ömürlük, Hacıverdiyev Emil Adil oğlu 10 il, Hamdan Mohammed Ahmed Salem, Çankayev Qadji İbrahimoviç, Abdulkərimov Abdulla Maqomedoviç və Əliyev Şirin Sədri oğlu 7 il, Berkov Aslan Həsənoviç, İslamov İsa Azrailoviç, Abdulhəmodov Karanay Zaulbasaroviç, Qaziyev Arsen Yunusoviç, Əsədullayev Jembek Junaitoviç, Dəlibaşlar Mustafa Əhməd, İnan Emin Əhməd, Hayal Səlçuq Hüsnü və Karakaş Cuma Şıximam isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, bir müddət əvvəl Rusiyaya ekstradisiya edilən dəstə üzvlərindən Q.Çankayev Dağıstan şəhər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. /APA/

Hadisə
Şəmkirdə minik maşını dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
20:46
4 may 2024
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
18:34
4 may 2024
Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
18:25
4 may 2024
Şəkidə iki nəfər odlu silahla qətlə yetirilib
18:17
4 may 2024