Bank Of Baku

Türkiyənin Kanal D və STV, Rusiyanın RTR və ORT telekanallarının Azərbaycanda yayımı dayandırılacaq

Türkiyənin Kanal D və STV, Rusiyanın RTR və ORT telekanallarının Azərbaycanda yayımı dayandırılacaq
# 26 dekabr 2006 13:53 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri bu gün Azərbaycanda fəaliyyət göstərən kabel televiziya şirkətlərinin rəhbərləri ilə görüşündə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. N.Məhərrəmli bildirib ki, dünya praktikasında xarici telekanalların yayımı yalnız peyk və kabel televiziyaları vasitəsi ilə həyata keçirilir: “Azərbaycanın milli tezliklərinə yerli kanallar sahib çıxmalıdır. Biz, sadəcə, Azərbaycanda kabel televiziyaları inkişaf etmədiyindən bu məsələyə bir neçə il öncə baxmamışdıq. Artıq ölkədə 10-dək kabel televiziyasına lisenziya verilib və bu sahədə müəyyən inkişaf əldə olunub. Gələn ildən kabel televiziyalarının abonent haqqının aşağı salınması və ən azı təkliflər paketində 50-dən az kanalın olmamasına dair razılıq əldə edilib”. N.Məhərrəmli bildirib ki, TRT kanalının yayımının dayandırılmamasına səbəb dövlətlərarası razılığın əldə olunması və Türkiyədə AzTV-nin yayımının həyata keçirilməsidir: “1995-ci ildə Rusiya ilə Azərbaycan arasında qonşu dövlətin kanallarının Azərbaycanda yayımlanmasına dair sənəd imzalanıb. Ancaq bu öhdəlik birtərəfli müəyyənləşdirildiyindən, heç bir hüquqa sığmır. Əgər Azərbaycan kanallarının Rusiyada yayımı həyata keçirilsə, onda ORT və RTR-in ölkəmizdə yayımlanması məsələsini yenidən müzakirə etmək olar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR