Bank Of Baku

Bələdiyyələrin fəaliyyətinə dair kitablar nəşr edilib

Bələdiyyələrin fəaliyyətinə dair kitablar nəşr edilib
# 25 yanvar 2007 11:35 (UTC +04:00)
Mülki Cəmiyyətə Doğru Mərkəzi “Maliyyə əks-mərkəzləşməsi: yerli özünüidarənin maliyyə-büdcə fəaliyyəti ilə bağlı Avropa Şurasının tövsiyələri” və “Maliyyə əks-mərkəzləşməsi: yerli özünüidarənin maliyyə-büdcə fəaliyyəti ilə bağlı xarici ölkələrin təcrübəsi” adlı kitabların təqdimatını keçirib. APA-nın xəbərinə görə, Mülki Cəmiyyətə Doğru Mərkəzin direktoru Abil Bayramov bələdiyyələrin fəaliyyətinə dair nəşr edilən kitablar haqqında məlumat verib. O, kitabların bəzi bələdiyyələrə təqdim olunacağını qeyd edib. Kitabın müəllifi Azər Mehtiyev nəşrdə dünya təcrübəsinə istinad edildiyini söyləyib: “Kitab bələdiyyələrin dünya təcrübəsindən yararlanmasına imkan yaradacaq və qanunvericiliklə məşğul olanlar üçün lazımlı sənədlər toplusu olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR