Bank Of Baku

Lənkəranda partlayış olub

Lənkəranda partlayış olub
# 25 yanvar 2007 11:51 (UTC +04:00)
Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsi, bina 2, mənzil 1-də güclü partlayış olub. APA-nın cənub bürosunun məlumatına görə, partlayış yanvarın 24-də saat 14:10 radələrində baş verib. Əflatun Xanoğlan oğlu Məmmədova məxsus mənzildə 1968-ci il təvəllüdlü Xədicə İsmayıl qızı Ələkbərova 1991-ci il təvəllüdlü oğlu Anar Sultanağa oğlu Əliyevlə kirayədə yaşayıb. Hadisə zamanı X.Ələkbərova işdə olub. A.Əliyev evdə məişət qazından istifadə etmək istəyərkən güclü partlayış olub, mənzilin 30 kvadrat metrlik sahəsi yanaraq yararsız hala düşüb. Partlayışın təsirindən evin qapı-pəncələri yerindən çıxıb, şüşə qırıntıları küçədən keçən şəhər sakini İbrahim Hacıyevin üstünə düşərək ona yüngül xəsarət yetirib. 16 yaşlı Anar Əliyev isə I və II dərəcəli yanıq diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) travmatologiya şöbəsinə yerləşdirilib. MRX-dən bildirilib ki, xəstənin vəziyyəti qənaətbəxşdir. Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində təhqiqat aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR