Bank Of Baku

Daşaltı əməliyyatında əsir və itkin düşən şəxslərin ailə üzvlərinin iştirakı ilə dəyirmi masa keçirilib

Daşaltı əməliyyatında əsir və itkin düşən şəxslərin ailə üzvlərinin iştirakı ilə dəyirmi masa keçirilib
# 26 yanvar 2007 10:56 (UTC +04:00)
“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi 26 yanvar 1992-ci ildə Daşaltı əməliyyatı zamanı əsir və itkin düşən şəxslərin ailə üzvlərinin iştirakı ilə dəyirmi masa keçirib. APA-nın məlumatına görə, birliyin sədri Esmira Orucova əməliyyatın iflasa uğramasının səbəbləri barədə çıxış edib. O, əməliyyatı hazırlayan komandirlərin cinayət məsuliyyətinə cəlb olunmasının vacibliyini söyləyib. E. Orucova əməliyyat zamanı əsir və itkin düşən, şəhid olan Azərbaycan əsgərlərinin sayının məlum olmadığını xatırladıb: “Əməliyyat zamanı əsir götürülənlərin bəzilərinin adları bizə məlum olsa da, Ermənistan bu şəxsləri geri qaytarmaq istəmir. Beynəlxalq təşkilatlar isə bu istiqamətdə ümumiyyətlə heç bir tədbir görmür. Bu məsələ beynəlxalq səviyyədə müzakirə olunmalı, ictimailəşdirilməlidir”. Tədbirin sonunda mərasim iştirakçıları tərəfindən Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlara və səfirliklərə müraciət qəbul olunub. Müraciətdə beynəlxalq təşkilatlar obyektiv mövqedən çıxış etməyə çağırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR