Bank Of Baku

Niyazi Quliyev: “Daşaltı əməliyyatında itkin düşən 57 nəfərin taleyindən hələ də xəbər yoxdur”

Niyazi Quliyev: “Daşaltı əməliyyatında itkin düşən 57 nəfərin taleyindən hələ də xəbər yoxdur”
# 26 yanvar 2007 11:03 (UTC +04:00)
Şəhidlər Xiyabanında Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi və bir qrup müharibə iştirakçısının təşəbbüsü ilə 1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatı zamanı şəhid olanların xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasim iştirakçıları Şəhidlər Xiyabanında “Əbədi Məşəl” kompleksi qarşısına əklil qoyublar və şəhidlərin məzarlarını ziyarət ediblər. Daşaltı şəhidlərinin xatirəsinə qoyulan abidənin qarşısına toplaşan mərasim iştirakçıları əməliyyatın uğursuz nəticələnməsinin səbəbləri haqda danışıblar. Daşaltı əməliyyatının iştirakçısı Niyazi Quliyev əməliyyat zamanı ölənlərin sayının hələ də qeyri-müəyyən olduğunu deyib: “Əməliyyatda iştirak edən Bakının Şıx taburundan 72, Şuşa özünümüdafiə taborundan 10, polkovnik-leytenant Riyad Əhmədovun komandiri olduğu Müdafiə Nazirliyinin kəşfiyyat bölməsindən 9 nəfərin şəhid olması haqqında informasiya yayıldı. Sonradan 34 nəfərin şəhid olması faktla təsdiqləndi. Digər 57 nəfər
barəsində isə heç bir məlumat yoxdur. Bu günə kimi də onların adı itkin düşənlərin siyahısındadır”. Mərasimdə çıxış edənlər əməliyyatı hazırlayan tabur komandiri Nurəddin Abdullayevi və o zamankı müdafiə naziri Tacəddin Mehdiyevi səriştəsizlikdə və təcrübəsizlikdə ittiham ediblər. Anım mərasimi şəhidlərin ruhuna dua oxunmaqla yekunlaşıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR