Bank Of Baku

“Quş qripi”nə yoluxduğu ehtimal edilən Salyan sakininin analizləri Ümumdünya Səhiyyə Təşkilatının referens laboratoriyasına göndəriləcək

“Quş qripi”nə yoluxduğu ehtimal edilən Salyan sakininin analizləri Ümumdünya Səhiyyə Təşkilatının referens laboratoriyasına göndəriləcək
# 26 yanvar 2007 11:55 (UTC +04:00)
Bu barədə APA-ya institutun baş həkimi Xəyyam Məmmədov məlumat verib. Onun sözlərinə görə, yanvarın 24-də instituta gətirilən və iki tərəfli pnevmoniya diaqnozu ilə müalicə edilən Ə. Əsgərovda “quş qripi”nin əlamətləri müşahidə edilməsə də, onlar ötən il Dayıkənd kəndində “quş qripi” virusunun aşkarlandığını nəzərə alaraq, xəstənin analizlərini ÜST-nin referens laboratoriyasına göndərmək qərarına gəliblər. Ötən ilin yazında həmin kənddə “quş qripi”nə yoluxan Əsgərovların qohumunun olduğu bildirilən Ə. Əsgərovun analizlərində müəyyən dəyişiklik olsa da, hazırda onun vəziyyəti ağır stabil olaraq qalır. ÜST-nın Azərbaycandakı nümayəndəliyindən isə APA-ya bildiriblər ki, gün ərzində Səhiyyə Nazirliyi bu quruma müayinələrin referens laboratoriyasına göndərilməsi üçün müraciət edəcək. ÜST isə həmin müayinələrin 3-4 gün ərzində Londona göndərilməsini təmin edəcək. Hazırda isə ÜST-nin laboratoriyasında “quş qripi”nə yoluxmaqda şübhəli bilinən heç bir azərbaycanlının qan analizlərinin müayinəsi aparılmır. Qeyd edək ki, bu gün Səhiyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi də məsələ ilə bağlı məlumat yayıblar. Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, xəstənin diaqnozunun dəqiqləşdirilməsi üçün Səhiyyə Nazirliyi mütəxəssislərinin iştirakı ilə Respublika Baytarlıq Laboratoriyasında yanvarın 25-də saat 19.30-da PZR üsulu ilə “quş qriri”nə görə aparılmış ilkin müayinənin nəticəsi mənfi olub. Müayinələr davam etdirilir. Qeyd olunan kənddə və ətraf ərazilərdə ev və çöl quşları arasında kütləvi tələfat müşahidə olunmayıb. Çöl quşlarının mövsümi miqrasiyasını nəzərə alaraq, profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi əhaliyə müraciət də edib. Müraciətdə bildirilir ki, əhali quşlarla sıx təmasdan çəkinməli, ev quşlarını çöl quşlarından təcrid olunması üçün onları qapalı şəraitdə saxlamalı, hər bir çöl və ya ev quşlarının ölüm hadisələri haqqında yerli dövlət baytarlıq xidmətinə məlumat verməli, çöl quşlarını ovlamaqdan və istifadə etməkdən qəti imtina edilməli, yüksək hərarət (38ºC-dən yuxarı) və kataral əlamətlər olan xəstələr təcili tibb müəssisəsinə müraciət etməli, şəxsi gigiyena qaydalarına ciddi riayət olunmalıdır. Qeyd edək ki, bununla əlaqədar Səhiyyə Nazirliyində yaradılan “Qaynar xətt” telefonunun nömrəsi 421-13-93, Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Xidmətində yaradılan “Qaynar xətt”in nömrəsi isə 563-41-57-dir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR