Bank Of Baku

Xanlar rayonunun Nadel kənd orta məktəbində yanğın baş verib

Xanlar rayonunun Nadel kənd orta məktəbində yanğın baş verib
# 26 yanvar 2007 12:14 (UTC +04:00)
Bu gün təxminən saat 12 radələrində Xanlar rayonunun Nadel kənd orta məktəbində yanğın baş verib. Bu barədə APA-nın qərb bürosuna Xanlar rayon Yanğın Təhlükəsizlik İdarəsinin rəisi Zabit Şahmuradov məlumat verib. Onun sözlərinə görə, məktəbdə siniflərin birində yandırılan odun sobası nəzarətsiz qaldığından, yanğın hadisəsi baş verib və tavan alışıb. Z. Şahmuradov əlavə edib ki, alovu görən xadimə tez xəbərdarlıq edib və məktəb binasındakı kimyəvi odsöndürənlə yanğının qarşısı alınıb, çağırışa çıxarılan yanğınsöndürən maşınlarına ehtiyac olmayıb. Rəis bildirib ki, hadisə 2-3 kvadrat metr ərazinin yanması ilə nəticələnib: “Biz mütəmadi olaraq müəssisələrdən tələb edirik ki, yanğından mühafizə qurğularından və kimyəvi yanğınsöndürən aparatlarından istifadə etsinlər. Əgər Nadel məktəbində bu ləvazimat olmasaydı, ağır fəsadlar ola bilərdi”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR