Bank Of Baku

“TAİMEX” şirkətinin prezidenti Tahir Yusifov: “Adilə Məhərrəmovanın qətlində adımın hallandırılması müəyyən şəxslərin maraq dairəsindədir”

“TAİMEX” şirkətinin prezidenti Tahir Yusifov: “Adilə Məhərrəmovanın qətlində adımın hallandırılması müəyyən şəxslərin maraq dairəsindədir”
# 26 yanvar 2007 12:18 (UTC +04:00)
Tovuz rayon sakini Adilə Məhərrəmovanın intihar etməsində adı hallanan “TAİMEX” şirkətinin prezidenti Tahir Yusifov özü barəsində bəzi mətbuat orqanlarında yayılan məlumatları təkzib edib. APA-ya açıqlamasında T. Yusifov yayılan məlumatları böhtan və şantaj kimi qiymətləndirib: “Heç bir fakta və əsasa söykənməyən belə məlumatlar və məsuliyyətsiz yazılar mənim işgüzar imicimə xələl gətirir. Belə məlumatlar boş və mənasız şayiələr əsasında formalaşıb. Necə ola bilər ki, iddialı bir futbol klubuna himayədarlıq edən şəxs kiminsə qarşısında borclu qalsın? Tam məsuliyyətlə bildirirəm ki, mənim heç vaxt heç kimə borcum olmayıb, bununla bağlı heç kim tərəfindən mənə qarşı heç bir iddia irəli sürülməyib və hüquq-mühafizə orqanları tərəfindən istintaqa cəlb olunmamışam. Belə söhbətlərin yayılması görünür, müəyyən insanların maraq dairəsindədir”. Tovuz rayon prokurorluğundan APA-ya bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. Mərhumun meyiti artıq ekspertizadan keçirilib. Prokurorluqdan bildiriblər ki, mərhumun ölümündən öncə prokurorluğa T. Yusifovun və onun həyat yoldaşının A. Məhərrəmovanı özünü öldürməyə vadar etməsi ilə bağlı ifadə verməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Xatırladaq ki, bəzi kütləvi informasiya vasitələrində A. Məhərrəmovanın rayonda qızıl alveri ilə məşğul olduğu, T. Yusifovun ondan külli miqdarda qızıl zinət əşyaları alaraq pulunu vermədiyi barədə məlumatlar yayılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR