Bank Of Baku

Ötən il sentyabrın 1-də Azərbaycandan piyada Həcc ziyarətinə yola düşmüş Şahid Qurbanov vətənə dönüb

Ötən il sentyabrın 1-də Azərbaycandan piyada Həcc ziyarətinə yola düşmüş Şahid Qurbanov vətənə dönüb
# 01 fevral 2007 12:41 (UTC +04:00)
“Heydər Əliyev: İslam dünyası - Qarabağı unutma!” təbliğat layihəsi çərçivəsində ötən il sentyabrın 1-də Azərbaycandan piyada Həcc ziyarətinə yola düşmüş Qarabağ müharibəsi veteranı Şahid Qurbanov bu gün vətənə dönüb. Ş. Qurbanovun APA-ya verdiyi məlumata görə, səfər zamanı o, İran və Küveytdən piyada keçməklə Səudiyyə Ərəbistanına gedib, yolboyu Xocalı soyqırımına həsr olunmuş ərəb və ingilis dillərində 1800-dən artıq broşür, erməni terroru ilə bağlı 600-dən artıq jurnal yayıb. Təbliğat işləri Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin dəstəyi ilə həyata keçirilib. İran, Küveyt və Səudiyyə Ərəbistanı mətbuatının ona böyük diqqət ayırdıqlarını deyən Ş. Qurbanov bildirib ki, bu, son 5 ildə uzaq xarici ölkələrdən Məkkəyə ilk piyada səfərdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR