Bank Of Baku

Bu il qərb regionunda 500-600 hektar ərazidə soya bitkisi əkilməsi planlaşdırılır

Bu il qərb regionunda 500-600 hektar ərazidə soya bitkisi əkilməsi planlaşdırılır
# 01 fevral 2007 13:19 (UTC +04:00)
Bu il qərb regionunda 500-600 hektar ərazidə soya bitkisi əkilməsi planlaşdırılır. Bu barədə APA-nın qərb bürosuna Gəncə Regional Aqrar Mərkəzinin direktoru Ziyad Abbasov məlumat verib. Onun sözlərinə görə, bu gün respublikada bu keyfiyyətli və əhəmiyyətli bitkinin kütləvi əkilməsinə böyük ehtiyac var: “Artıq bir çox iş adamları soya bitkisinin iş adamlarından alınması üçün müraciətlər ediblər. Soya həm yağ, həm də keyfiyyətli quş yemidir. Biz ümid edirik ki, onun becərilməsi çox əhəmiyyətli olacaq”. Z. Abbasov qeyd edib ki, hələlik 500-600 hektar ərazidə bu bitkinin əkilib becərilməsi planlaşdırılır: “Lakin proqnozlar özünü doğrultsa, gələcəkdə 2000 hektara qədər ərazini artırmaq fikrindəyik. Dəqiq rəqəm isə bir aydan sonra məlum olacaq. Toxumlar Rusiyanın Krasnodar vilayətindən alınacaq. Artıq torpaq sahibləri ilə danışıqlara başlanılıb”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR