Bank Of Baku

Vəkillər Kollegiyasının sədri Azər Tağıyev: “Azərbaycanda vəkilliyə meyl azdır”

Vəkillər Kollegiyasının sədri Azər Tağıyev: “Azərbaycanda vəkilliyə meyl azdır”
# 01 fevral 2007 14:19 (UTC +04:00)
“Azərbaycanda vəkilliyə meyl azdır. Hüquqşünasların əksəriyyəti prokurorluq orqanlarında, ədliyyə sistemində işləməyə maraq göstərirlər”. APA-nın məlumatına görə, bu barədə Vəkillər Kollegiyasının sədri Azər Tağıyev məlumat verib. A.Tağıyev bildirib ki, bu sahəyə marağı artırmaq üçün vəkilliyə qəbul mexanizmi də olduqca sadələşdirilib. Belə ki, Avropa ölkələrinin əksəriyyətində vəkil olmaq üçün namizədin 8 imtahan verməsi nəzərdə tutulduğu halda, Azərbaycanda vəkil olmaq istəyən hüquqşünas test imtahanı və müsahibə mərhələlərindən keçməlidir: “Bir çox ölkələrdə vəkil olmaq üçün 2 ali təhsil tələb olunur. Martın 4-də nəzərdə tutulan imtahanda iştirak etmək üçün 432 nəfər sənəd verib. Bizdə vəkilliklə bağlı heç bir məhdudiyyət yoxdur. Qanunun tələbinə cavab verən hər bir hüquqşünas imtahan verməklə vəkil ola bilər. Vəkilliyə qəbulu asanlaşdırmaq üçün biz bəzi addımlar atmışıq. Belə ki, keçid balını azaldaraq 50 bal müəyyən etmişik. Qərara almışıq ki, imtahan suallarından 30-u asan, 40-ı orta, 30-u isə ağır dərəcəli olsun”. Azərbaycandan fərqli olaraq Avropa ölkələrində vəkillik institutuna marağın çox güclü olduğunu deyən kollegiya sədri bunun obyektiv səbəblərini də izah edib. A. Tağıyevin sözlərinə görə, İngiltərədə hakim olmaq istəyən hüquqşünas mütləq vəkil kimi fəaliyyət göstərməlidir: “Həmçinin İngiltərədə vəkillər prokuror, notarius kimi də işləyə bilər. İngiltərənin Vəkillər Kollegiyasının 2000 üzvü Kral Prokurorluğunda prokuror kimi çalışır. Hesab edirəm ki, bizim qanunvericilikdə də belə dəyişikliklər olsa, vəkilliyə meyl artar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR