Bank Of Baku

AXCP sədri qərargah problemi ilə bağlı Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsinə müraciət edib

AXCP sədri qərargah problemi ilə bağlı Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsinə müraciət edib
# 01 fevral 2007 14:46 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli qərargah problemi ilə bağlı Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsinə müraciət edib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə siyasi partiyaların şəhərin inzibati mərkəzinə yaxın ünvanlarda yerləşdirilməsinin optimal variant olduğu vurğulanıb və AXCP-nin yerləşdirilməsi üçün təklif olunan yerin normal siyasi fəaliyyət üçün əlverişli olmadığı vurğulanıb. Bu yerləşdirmənin “Siyasi partiyalar haqqında” qanunun tələblərinə zidd olduğunu qeyd edən Əli Kərimli AXCP-yə də şəhərin inzibati mərkəzindən uzaq olmayan binanın ayrılmasını xahiş edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR