Bank Of Baku

Daşkəsən rayon prokuroru vəzifəsindən azad edilib

Daşkəsən rayon prokuroru vəzifəsindən azad edilib
# 01 fevral 2007 15:22 (UTC +04:00)
Daşkəsən rayon prokuroru Dilavər Dilavərli tutduğu vəzifədən azad edilib. Bu barədə APA-ya Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev məlumat verib. V. Əliyev bildirib ki, D. Dilavərli rayon prokurorluğuna rəhbərlik etdiyi müddətdə ciddi çatışmazlıqlara yol verdiyinə, xidməti və icra intizamını pozduğuna, ibtidai araşdırmaya prosessual rəhbərliyi zəruri tələblər səviyyəsində həyata keçirmədiyinə, konkret cinayət işlərinin istintaqı zamanı kobud qanun pozuntularına yol verdiyinə görə baş prokurorun əmri ilə yanvarın 22-də işdən çıxarılıb. V. Əliyev bildirib ki, prokurorluq orqanlarında kadrlara qarşı tələbkarlığı daha da artırmaqla xidməti icra və əmək intizamının pozuntularına, fəaliyyətində qanunsuzluq hallarına yol verən əməkdaşlar barədə prinsipial tədbirlər görülür və onların “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş intizam tənbeh tədbirlərinə cəlb olunması təmin edilir. Belə ki, ötən il ərzində xidməti xətalara, icra və əmək intizamı hallarının pozuntularına yol verdikləri üçün prokurorluq orqanlarının 41 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub. Onlardan 28-ə şiddətli töhmət və töhmət verilib, 3-ü vəzifədən azad edilib, 8-i prokurorluq orqanlarından xaric olunub, digərlərinə isə müxtəlif cəzalar verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR