Bank Of Baku

Sabah Xəqani küçəsi, 33 ünvanındakı binadan çıxarılmış mətbuat orqanlarının və digər qurumların apellyasiya şikayətinə baxılacaq

Sabah Xəqani küçəsi, 33 ünvanındakı binadan çıxarılmış mətbuat orqanlarının və digər qurumların apellyasiya şikayətinə baxılacaq
# 01 fevral 2007 15:40 (UTC +04:00)
Sabah İqtisad Məhkəməsində “Azadlıq”, “Bizim yol” qəzetlərinin, “Turan” İnformasiya Agentliyinin, “Yeni nəsil” Jurnalistlər Birliyinin və digər qurumların Xəqani küçəsi, 33 ünvanındakı binadan çıxarılması ilə bağlı apellyasiya şikayətinə baxılacaq. Bu barədə APA-ya “Azadlıq” qəzetinin direktoru Azər Əhmədov məlumat verib. Proses hakim Raziyə Ataşovanın sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, 1 saylı yerli İqtisad Məhkəməsinin 24 noyabr 2006-cı il tarixli qərarı ilə adıçəkilən qurumlar Xəqani küçəsi, 33 ünvanındakı binadan çıxarılıb. Məhkəmənin qərarı dərhal icraya yönəldilib. Bu qurumlar qərardan apellyasiya şikayəti verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR