Bank Of Baku

Misir Mərdanov YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə şimal bölgəsinə səfər edib

Misir Mərdanov YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə şimal bölgəsinə səfər edib
# 02 fevral 2007 09:18 (UTC +04:00)
Bu gün təhsil naziri Misir Mərdanov və YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Haana Singer şimal bölgəsinə səfər edib. APA-nın şimal bürosunun məlumatına görə, səfər çərçivəsində qonaqlar Quba Xüsusi İnternat Məktəbinə, 2 və 4 saylı şəhər, həmçinin Rustov kənd orta məktəbinə baş çəkəcəklər. Quba Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, Təhsil Nazirliyi YUNİSEF-lə birgə təhsilin maddi-texniki bazasının və keyfiyyətinin yüksəldilməsini nəzərdə tutan pilot layihəni həyata keçirir. Nümayəndə heyəti səfər çərçivəsində rayon rəsmiləri ilə görüşlər keçirəcək, rayonun görməli yerlərinə baş çəkəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR