Bank Of Baku

İstanbulda qeyri-qanuni miqrant kimi yaşayan Azərbaycan vətəndaşı həbs olunub

İstanbulda qeyri-qanuni miqrant kimi yaşayan Azərbaycan vətəndaşı həbs olunub
# 02 fevral 2007 09:44 (UTC +04:00)
İstanbulda qeyri-qanuni miqrant kimi yaşayan Azərbaycan vətəndaşı həbs olunub. Əkbərhəsən Əliyev adlı azərbaycanlıya seksual xarakterli zorakılıq ittihamı irəli sürülüb. APA-nın Türkiyə bürosunun məlumatına görə, Baxçalıevlər səmtində yerləşən Uşaq evində çalışan 37 və 35 yaşlı iki qadın polisə müraciət edərək naməlum kişinin onları izlədiyini deyib. Qadınlar ifadələrində naməlum kişinin onlara əxlaqsız təkliflər etdiyini, hətta onlardan birini zorlamağa cəhd göstərdiyini, bunda sonra “səni dəyənəklə öldürüm, yoxsa daşla”, “səni izlədiyimi heç kimə demə” kimi sözlər dediyini göstəriblər. Şikayətdən sonra ərazidə əməliyyat keçirən polis əməkdaşları azərbaycanlı Ə. Əliyevin izinə düşüblər. Araşdırma nəticəsində qadınları təqib edən şəxsin o olduğu sübuta yetirilib. Məlum olub ki, Azərbaycanda evli və 5 uşaq atası olan bu şəxs Türkiyədə qeyri-qanuni yaşayır. Ə. Əliyev həbs edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR