Bank Of Baku

Ötən il Apellyasiya Məhkəməsinə 2556 şəxs barəsində çıxarılmış hökmdən apellyasiya şikayəti və apellyasiya protesti daxil olub

Ötən il Apellyasiya Məhkəməsinə 2556 şəxs barəsində çıxarılmış hökmdən apellyasiya şikayəti və apellyasiya protesti daxil olub
# 02 fevral 2007 15:31 (UTC +04:00)
Ötən il Apellyasiya Məhkəməsinin Cinayət İşləri və İnzibati Hüquqpozmalara Dair İşlər üzrə Məhkəmə Kollegiyasına 2556 şəxs barəsində çıxarılmış hökmdən apellyasiya şikayəti və apellyasiya protesti daxil olub. Məhkəmədən APA-ya bildirib ki, bunlardan 2206 nəfər barəsindəki hökmdən apellyasiya şikayəti, 350 nəfər barəsindəki hökmdən isə apellyasiya protesti verilib. 156 şəxs barəsində çıxarılan hökm ləğv olunub, 623-ü dəyişdirilib, 1301-i isə qüvvədə saxlanılıb. Hərbi İşlər üzrə Kollegiyaya isə hesabat dövründə 413 şəxs barəsində çıxarılan hökmdən şikayət və protest daxil olub. Apellyasiya Məhkəməsində işlərə baxılarkən 199 nəfər barəsində hökm qüvvədə saxlanılıb, 11-i ləğv olunub, 143-ü dəyişdirilib. Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına isə 9278 apellyasiya şikayəti daxil olub. Apellyasiya Məhkəməsi tərəfindən 1604 qətnamə, 450 qərardad ləğv olunub, 3097 qətnamə, 499 qərardad isə qüvvədə saxlanılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR