Bank Of Baku

Fövqəladə Hallar Nazirliyi yanvarın 29-da əsən güclü küləyin ciddi ziyan vurduğu rayonlara lazımi tikinti materialları göndərib

Fövqəladə Hallar Nazirliyi yanvarın 29-da əsən güclü küləyin ciddi ziyan vurduğu rayonlara lazımi tikinti materialları göndərib
# 03 fevral 2007 12:55 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə Əlaqə İdarəsindən APA-ya daxil olan məlumata görə, nazirliyin müvafiq komissiyalarının yerlərdə apardığı araşdırma nəticəsində məlum olub ki, güclü külək Yardımlı rayonunda 19 orta məktəb və 5 xəstəxanaya, Astara rayonunda 5 orta məktəb və 3 xəstəxanaya, Lənkəran şəhərində 4 orta məktəb və 1 uşaq bağçasına, Ağdam rayonunda 14 orta məktəb və 9 xəstəxanaya, Ağcabədi rayonunda 2 orta məktəb və 2 xəstəxanaya, Tərtər rayonunda 8 orta məktəb, 2 xəstəxana və 1 uşaq bağçasına, Daşkəsən rayonunda 10 orta məktəb, 6 uşaq bağçası və 7 xəstəxanaya, Goranboy rayonunda 1 orta məktəbə, Beyləqan rayonunda isə 8 orta məktəbə ziyan vurub. Məlumatda o da bildirilir ki, prezident İlham Əliyevin tapşırığı ilə FHN tərəfindən bu gün güclü küləyin vurduğu ziyanın aradan qaldırılması məqsədilə yuxarıda qeyd olunan rayonlara 4600 şifer, 8 kub metr taxta, 1200 kvadrat metr şüşə yola salınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR