Bank Of Baku

Lənkəran sakinindən heroin tapılıb

Lənkəran sakinindən heroin tapılıb
# 05 fevral 2007 08:23 (UTC +04:00)
Lənkəran Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları narkotik maddələrin qanunsuz saxlanması və istifadəsi ilə məşğul olan rayon sakinini həbs ediblər. Bu barədə APA-nın cənub bürosuna ŞPŞ-nin istintaq bölməsindən məlumat verilib. Məlumata görə, ŞPŞ-nin narkomaniya ilə mübarizə bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun Göyşaban kənd sakini, 1974-cü il təvəllüdlü Zahir Fail oğlu Salayev saxlanılıb. Onun üzərində axtarış aparılarkən siqaret kağızına bükülən kiçik bağlama aşkarlanıb. Baxış zamanı bağlamanın içində 0,0022 qram narkotik vasitə olan heroinin saxlandığı müəyyənləşdirilib. Z.Salayev narkotik maddəni Cəlilabad rayonunda 20 manata əldə etdiyini bildirib. Faktla bağlı Lənkəran ŞPŞ-də Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə cinayət işi açılıb, istintaq gedir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR