Bank Of Baku

Məhərrəm ayı ilə əlaqədar bir qrup xudatlı dindar Qubaya yürüş edib

Məhərrəm ayı ilə əlaqədar bir qrup xudatlı dindar Qubaya yürüş edib
# 05 fevral 2007 08:47 (UTC +04:00)
Fevralın 4-də axşam saatlarında qırx nəfərədək gənc dindar Xudat şəhərindən Bakı-Rostov magistral yolu ilə Qubanın Səkinəxanım məscidinədək piyada yürüş edib. Dindarların APA-nın şimal bürosuna bildirdiyinə görə, əllərində İslam bayrağı tutan və alınlarına yaşıl lent bağlayan yürüşçülər kəndarası yollardan dini şüarlar səsləndirərək keçiblər.
Qeyd edək ki, bu, Azərbaycan müstəqillik əldə etdikdən sonra Məhərrəm ayında Xudatda keçirilən ilk yürüşdür. SSRİ dövründə isə Xaçmaz dindarları Qubaya, oradan da Dərbəndə yalnız maşınlarla yürüş ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR