Bank Of Baku

“Human Rigths Watch” İranda insan haqlarının pozulması ilə bağlı hesabat yayıb

“Human Rigths Watch” İranda insan haqlarının pozulması ilə bağlı hesabat yayıb
# 10 yanvar 2008 15:47 (UTC +04:00)
“Human Rigths Watch” təşkilatı İranda insan haqlarının pozulması ilə bağlı 51 səhifə və 7 maddədən ibarət hesabat dərc edib. Güney Azərbaycan İstiqlal Partiyasından APA-ya daxil olan məlumata görə, hesabatda Mahmud Əhmədinejadın hakimiyyətə gəlməsindən sonra hüquq və azadlıqların pozulmasının kritik həddə çatdığı bildirilir. Sənəddə Evin həbsxanasında saxlanılan siyasi məhbusların ağır fiziki və psixoloji işgəncələrə məruz qaldıqları, onların ailələrinə təzyiqlər edildiyi qeyd olunur. Təşkilat İran hakimiyyətindən söz azadlığı, sərbəst toplaşma və təşkilatlanmanın qarşısını almaq üçün tətbiq olunan özbaşınalığa son qoyulması, beynəlxalq qanunlarla uzlaşmayan qanunların dəyişdirilməsi, Evin həbsxanasında saxlanılan şəxslərlə beynəlxalq meyarlara uyğun rəftar edilməsi və həbsxananın İranın təhlükəsizlik orqanlarının nəzarətindən çıxarılaraq Həbsxanalar Təşkilatının nəzarətinə verilməsi tələb edilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR