Bank Of Baku

Eldar Əzizov: “Prezident İlham Əliyev “Azəriqaz” rəhbərliyinə Gəncəyə mavi yanacaq verilməsindəki məhdudiyyətin aradan qaldırılmasına göstəriş verib”

Eldar Əzizov: “Prezident İlham Əliyev “Azəriqaz” rəhbərliyinə Gəncəyə mavi yanacaq verilməsindəki məhdudiyyətin aradan qaldırılmasına göstəriş verib”
# 10 yanvar 2008 16:56 (UTC +04:00)
“Respublikada havaların kəskin soyuması və güclü qar yağması Gəncənin də həyatına təsirsiz ötüşməyib. Bir neçə gündən bəri şəhərə yağan aramsız qar yolları iflic vəziyyətinə salıb, nəqliyyatın hərəkəti üçün ciddi problem yaradıb”. APA-nın Qərb bürosunun məlumatına görə, bu açıqlamanı jurnalistlərə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov verib. O, nəqliyyatın hərəkətinə normal şərait yaradılması üçün küçələrə qum səpildiyini, lakin kəskin şaxtaların davam etməsi nəticəsində vəziyyətin daha da kəskinləşdiyini bildirib: “Bütün bu problemlərin aradan qaldırılması üçün Gəncə şəhərində aidiyyəti orqanlar gücləndirilmiş iş rejiminə keçiblər. Şəhərə 24 saat işıq verilir, bütün ərazilərə tam həcmdə qaz verilməsi problemi demək olar ki, həllini tapıb. Bu gün Gəncədə qaz problemi yoxdur, əgər hansısa yerlərdə mavi yanacaqla təminatda problemlər varsa, bu yalnız texniki səbəblərdən qaynaqlana bilər”. Eldar Əzizov Gəncədə axşam saatlarında abonentlərin mavi yanacaqla təminatının dayandırılması sisteminin aradan qaldırılacağını deyib: “Ümumiyyətlə, Gəncədə gecə 11-dən sonra qaz təchizatı başqa sistemə keçib. Prezident İlham Əliyev bununla əlaqədar “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinə öz narahatlığını çatdırıb və göstəriş verib ki, Gəncə şəhərinə qazın verilməsindəki məhdudiyyət aradan qaldırılsın”. Qeyd edək ki, dünəndən etibarən Gəncədə mənzillərə verilən mavi yanacağın təzyiqi 20-30 faiz artıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR