Bank Of Baku

Yanvarın 6-dan indiyə kimi paytaxtda yolların buz bağlaması nəticəsində 105 nəfər xəsarət alıb

Yanvarın 6-dan indiyə kimi paytaxtda yolların buz bağlaması nəticəsində 105 nəfər xəsarət alıb
# 11 yanvar 2008 11:28 (UTC +04:00)
Dünəndən etibarən paytaxtda yolların buz bağlaması nəticəsində xəsarət almış 25 nəfər Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib. Stansiyanın baş həkiminin operativ işlər üzrə müavini Rauf Nağıyev APA-ya bildirib ki, aşağı və yuxarı ətraflarından müxtəlif dərəcəli xəsarət almış həmin xəstələrin 17-si xəstəxanaya yerləşdirilib. Qalan xəstələr isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Ümumilikdə yanvarın 6-dan indiyə kimi paytaxtda 105 nəfər xəsarət almış xəstə stansiyaya müraciət edib. Onların 74-ü xəstəxanaya yerləşdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR