Bank Of Baku

Gəncə-Qazax dəmiryolunda elektrovozla “Toyoto” toqquşub

Gəncə-Qazax dəmiryolunda elektrovozla “Toyoto” toqquşub
# 11 yanvar 2008 11:38 (UTC +04:00)
Gəncə-Qazax dəmir yolunun Azərbaycanın Tovuz rayonunun Zəyəm-Qovlar kəndlərindən keçən hissəsində qəza baş verib. APA-nın qərb bürosunun məlumatına görə, qorunmayan keçiddə elektrovozla Saleh Azad oğlu Əliyevin idarə etdiyi “Toyoto” markalı avtomobil toqquşub. Nəticədə ağır bədən xəsarəti almış “Toyoto”nun sərnişini, Şəmkir rayon sakini, 44 yaşlı Nərgiz Əliyeva yerləşdirildiyi xəstəxanada keçinib. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR