Bank Of Baku

Azərbaycanın Zaqatala rayonunda iki güclü yanğın baş verib

Azərbaycanın Zaqatala rayonunda iki güclü yanğın baş verib
# 11 yanvar 2008 14:10 (UTC +04:00)
Bu gecə Azərbaycanın Zaqatala rayonunda iki güclü yanğın hadisəsi qeydə alınıb. Zaqatala rayon Yanğından Mühafizə İdarəsinin rəisi Xanlar İsmayılovun APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, rayonun Yuxarı Tala kəndi ərazisində Müslümət Rəfiyevaya məxsus 5 otaqlı yaşayış evi tama yanıb. Ev sahibi yanğına odun sobasındakı nasazlığın səbəb olduğunu bildirib. İkinci güclü yanğın isə rayonun Kebeloba kəndində, Ramazan Həsənova məxsus evin həyətindəki tövlədə baş verib. Burada isə yanğına ev sahibinin damı quru otla dolu tövlənin yaxınlığında ocaq qalaması səbəb olub. Yanğınsöndürənlərin çevikliyi sayəsində yanğının qarşısı alınıb. Hər iki hadisə ilə bağlı araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR