Azərbaycan vətəndaşlarını dövlət qurumları adından şantaj edərək, külli miqdarda vəsait mənimsəmiş bir qrup şəxsin cinayət işinin istintaqı yekunlaşıb
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilib ki, “Rüşvətxorluğa və başqa neqativ hallara qarşı vətəndaş (xalq) nəzarəti Şurası” adı təşkilatının fəaliyyəti barədə ayrı-ayrı şəxslərdən daxil olmuş müraciətlər əsasında cinayət işi başlanılıb. Araşdırma zamanı məlum olub ki, bu təşkilat 16 dekabr 2006-cı ildə Mahmudov Şahin Maxsud oğlu tərəfindən yaradılıb. Təsisçilər təşkilatın dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət etsələr də, onların nizamnamələrinin müddəaları qanunvericiliyin tələblərinə cavab vermədiyi üçün dövlət qeydiyyatına alınmasından imtina edilib. Lakin Ş. Mahmudov qurumun fəaliyyətini davam etdirib, “şura”nın guya ölkə rəhbərliyinin bilavasitə tövsiyəsi və dəstəyi ilə yaradılması, dövlət qeydiyyatından keçməsi və qanuni fəaliyyətdə olması barədə uydurma məlumatlar yayaraq, şuranın xarici donorlar və dövlət büdcəsindən maliyyələşəcəyi, üzvlərə hər ayda 500-600 manata qədər maaş veriləcəyini elan edib. O, bir sıra rəsmi və müstəqil qəzetlərdə məqalələr dərc etdirməklə “şura”nın qanuni əsaslarla təşkili və fəaliyyət göstərməsi görüntüsünü yaratmağa cəhd edib.
Ş. Mahmudov 62 rayonda “nümayəndəlik” adlanan struktur vahidləri təsis edib, müxtəlif şəxsləri “şura”nın rayon nümayəndəliklərinə rəhbər, təhqiqatçı və nəzarətçi vəzifələrinə təyin edib, həmçinin onlara təşkilatın möhürü olan vəsiqələr verib. Nümayəndəliklərin rəhbərlərinə onların hüquq və vəzifələri barədə sənədlər paylayıb, məktublarında onların vətəndaşlardan neqativ hallar barədə ərizələr və məlumatlar qəbul etmək, birbaşa yoxlamalar aparmaq və nəticəsini protokolla rəsmiləşdirməklə tədbirlər görmək səlahiyyətlərinin olduğunu da göstərib.
Nəticədə 2007-ci ilin fevral-iyun aylarında “şura”nın Ağdam, Ağcabədi, Bərdə, Qusar, həmçinin Bakının Nizami rayon nümayəndəlikləri dövlət orqanlarının səlahiyyətlərini mənimsəməklə, ayrı-ayrı hüquqi və fiziki şəxslərin barəsində vergilərin ödənilməsi, dövlət əmlakından təyinatı üzrə istifadə olunması, ekologiya, sanitar-gigiyena, ticarət və digər sahələrdə yoxlamalar aparıb. Müxtəlif təşkilatlara rəsmi blanklarda sorğular verilərək cavablar tələb edilib, müəssisələrdə əmlaka və sənədlərə baxış keçirilib, izahatlar alınıb, maliyyə-təsərrüfat sənədləri götürülüb, əmək intizamının vəziyyəti yoxlanılıb. Bu qanunsuz yoxlamaların nəticəsində müxtəlif akt və protokollar tərtib edilib, o cümlədən hədə-qorxu və dələduzluq yolu ilə vətəndaşlardan pul əldə edib.
“Şura”nın Ağcabədi rayon nümayəndəliyinin rəhbəri Cəfərov Azər Qəni oğlu nəzarət funksiyalarını həyata keçirən dövlət orqanlarının səlahiyyətlərini mənimsəyərək, nümayəndəliyin digər üzvləri ilə birlikdə rayondakı uşaq bağçalarına, maye qaz satışı məntəqələrinin yerləşdiyi ərazilərə daxil olmaqla əmlaka və sənədlərə baxış keçirib, əmək intizamının vəziyyətini yoxlayıb, maliyyə-təsərrüfat fəaliyyətinə aid mühasibat sənədlərini tələb edərək götürüb, bu qanunsuz yoxlamaların nəticələrinə dair əsassız aktlar və protokollar tərtib edib hədə-qorxu ilə imzalatdıraraq, Azərbaycan Baş Prokurorluğuna göndərib.
“Şura”nın Ağdam rayon nümayəndəliyinin rəhbəri Qasımov Eldar İsrafil oğlu nəzarət funksiyalarını həyata keçirən dövlət orqanlarının səlahiyyətlərini mənimsəyərək, Ağdam rayon Subartezian quyularının istismarı idarəsinin maliyyə-təsərrüfat fəaliyyəti barədə rayon İcra Hakimiyyətinin yerli nümayəndəliklərinə sorğular verib cavablar almaqla və mühasibat sənədlərini əldə etməklə qanunsuz yoxlama aparıb və topladığı sənədləri hüquq-mühafizə orqanlarına göndərib, dələduzluq yolu ilə vətəndaşların əmlakını ələ keçirib.
Həmçinin “şura”nın daxili təhlükəsizlik xidmətinin rəhbəri, əvvəllər məhkum edilmiş Şirinov Ramin Şahin oğlu Abbasov Vüqar Soltan oğlunun Milli Təhlükəsizlik Nazirliyində xidmətə qəbul olunmasını təmin edəcəyi vədi ilə onun atası Soltan Abbasovu aldadıb, bunun müqabilində ondan 05 iyun 2007-ci il tarixdə Novruz Mirzəyevin vasitəsi ilə 10 min ABŞ dolları alıb.
Şirinov Ramin Şahin oğlu Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) təqsirləndirilən şəxs qismində cəlb olunub, lakin istintaqdan qaçıb gizləndiyi üçün məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilməklə axtarış elan edilib.
Törətdiyi əməllərə görə Mahmudov Şahin Maxsud oğlu, “şura”nın Ağcabədi rayon nümayəndəliyinin rəhbəri Cəfərov Azər Qəni oğlu Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), “şura”nın Ağdam rayon nümayəndəliyinin rəhbəri Qasımov Eldar İsrafil oğlu Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 182-ci (hədə-qorxu ilə tələb etmə) və 310-cu maddələri ilə (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs-qətimkan tədbiri seçilib, onlar barəsində cinayət işi baxılmaq üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib.
Cinayət işi üzrə “şura”nın Bərdə, Qusar, Bakı şəhəri, Nizami və digər rayon nümayəndəlikləri tərəfindən qanunsuz yoxlamalar aparılması və digər faktlara dair ibtidai istintaq davam etdirilir. İbtidai istintaq zamanı müəyyən edilib ki, “Şura”nın Bərdə rayon nümayəndəliyinin rəhbəri İsmayılov Salman Xeyrulla oğlu, “şura”nın Bakı şəhəri Nizami rayon nümayəndəliyinin rəhbəri Rüstəmov Fazil Abbas oğlu nümayəndəliyin üzvlərinə birbaşa göstərişlər verməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə məxsus ticarət obyektlərində əmlaka və sənədlərə baxış keçirilməsini, əmək və vergi qanunvericiliyinə əməl edilməsinin vəziyyətinin yoxlanılmasını, maliyyə-təsərrüfat fəaliyyətinə aid mühasibat sənədlərinin tələb edilməsini, bu qanunsuz yoxlamaların nəticələrinə dair əsassız aktlar və protokollar tərtib olunmasını, vətəndaşlardan ərizə qəbul edib həmin ərizələr üzrə qanunsuz araşdırmalar aparılmasını təşkil ediblər.
Həmçinin “Şura”da nəzarətçi vəzifəsində xidmət edən Məmmədov Məhəmməd Bayram oğlu və Əliyev Gəncəli Yunus oğlu digər şura üzvləri ilə birlikdə ayrı-ayrı vətəndaşların qanunsuz işdən çıxarılması, rüşvət tələb edilməsi, istehsalatda xəsarət alması ilə əlaqədar müavinətin verilməməsi və s. məzmunda ərizələri üzrə qanunsuz araşdırmalar aparıb, müxtəlif dövlət orqanları və hüquqi şəxslərin inzibati bina və ərazilərinə getməklə onların fəaliyyətinə müdaxilə edib, ərzaq dükanlarında və apteklərdə keçirilən qanunsuz yoxlamalarda iştirak edərək vaxtı keçmiş, keyfiyyətsiz ərzaq və dərmanların aşkar edilməsi barədə protokollar tərtib edib imzalayıb, bununla da qeyd edilən vətəndaşların və təşkilatların hüquqları və qanuni mənafeləri əhəmiyyətli dərəcədə pozulub.
Törətdiyi əməllərinə görə İsmayılov Salman Xeyrulla oğlu, Rüstəmov Fazil Abbas oğlu və Məmmədov Məhəmməd Bayram oğlu Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində həbs-qətimkan tədbiri seçilib. Əliyev Gəncəli Yunis oğlu istintaqdan qaçıb gizləndiyindən, məhkəmə tərəfindən haqqında həbs seçilməklə axtarışa elan edilib.
Bununla yanaşı, 2007-ci ilin avqustunda təşkilatın Nəsimi rayon nümayəndəliyinin rəhbəri Mehman İbrahimov, həmin nümayəndəliyin üzvü Paşa Həsənov və Məcid Xasiyev “şura”nın dövlət qeydiyyatına alınmadığını öyrənərək heç bir fəaliyyət göstərmədən oradan ayrılıb və “Korrupsiya və neqativ hallara qarşı vətəndaş nəzarəti şurası” adlı digər qurum təsis edib. Əvvəllər hüquq-mühafizə orqanlarında işləmiş Məcid Xasiyev təşkilatın sədri seçilib. Təsisçilər təşkilatın dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət edib, lakin nizamnamənin müddəaları qanunvericiliyin tələblərinə cavab vermədiyi üçün dövlət qeydiyyatına alınmasından imtina edilib. Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 6 saylı ünvanda yerləşən təşkilat Məcid Xasiyevin rəhbərliyi ilə ayrı-ayrı şəxslərdən üzvlüyə daxil olmaq barədə ərizələr və şəxsiyyəti xarakterizə edən digər sənədlər qəbul edib.
Hər iki qurumun qanunsuz fəaliyyətinin araşdırılması, təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün tədbirlər davam etdirilir. Azərbaycan Respublikası Baş Prokurorluğu “Rüşvətxorluğa və başqa neqativ hallara qarşı vətəndaş (xalq) nəzarəti Şurası” əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalmış və ya onların qanunazidd əməlləri barədə hər hansı məlumatı olan vətəndaşlardan aşağıdakı telefon nömrələrinə zəng vuraraq məlumat vermələrini xahiş edir: 492-55-40 , 492-01-38.