Bank Of Baku

Strasburqda qətlə yetirilmiş 18 yaşlı azərbaycanlı Orxan Ağayevin meyiti bu gün valideynlərinə verilib

Strasburqda qətlə yetirilmiş 18 yaşlı azərbaycanlı Orxan Ağayevin meyiti bu gün valideynlərinə verilib
# 11 yanvar 2008 16:50 (UTC +04:00)
Meyit sabah təyyarə ilə Bakıya gətiriləcək. O. Ağayev yanvarın 12-də doğulduğu Kürdəxanı kəndində torpağa tapşırılacaq.
Qeyd edək ki, hadisə yanvarın 7-də Fransa vaxtı ilə saat 17.30-da Strasburqun Hospital küçəsində baş verib. 1990-cı il təvəllüdlü O. Ağayev tramvayda düşən mübahisə zəminində boğaz nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib. Mübahisənin mobil telefon üstündə düşdüyü ehtimal olunur. O. Ağayevi qətlə yetirən şəxs polisə könüllü təslim olub. Qatilin adı açıqlanmasa da, onun 29 yaşlı yerli sakin olduğu bildirilir. Əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş bu şəxsin polislə münasibətlərində daim problemlər müşahidə edildiyi barədə məlumatlar var.
Baş vermiş hadisə orada yaşayan azərbaycanlılarda, eləcə də digər millətlərin nümayəndələrində şok effekti yaradıb. Bu cür hərəkətlərə etiraz olaraq soydaşlarımız hadisənin baş verdiyi yerdə bir neçə gün ardıcıl olaraq səssiz yürüş aksiyası keçiriblər.
Onu da əlavə edək ki, O. Ağayevin atası Əliheydər Ağayev Strasburqda fəaliyyət göstərən “Bakı gecələri” restoranının sahibidir. Atası və digər ailə üzvləri ilə birlikdə Strasburqda yaşayan O. Ağayevin yanvarın 6-da 18 yaşı tamam olub. Qətl hadisəsi “Bakı gecələri” restoranının 50 metrliyində baş verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR