Bank Of Baku

Paytaxtda bir nəfər buz üzərində yıxılma nəticəsində aldığı xəsarətdən ölüb

Paytaxtda bir nəfər buz üzərində yıxılma nəticəsində aldığı xəsarətdən ölüb
# 12 yanvar 2008 10:15 (UTC +04:00)
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin operativ işlər üzrə müavini Rauf Nağıyev APA-ya bildirib ki, dünən səhər saat 6.34-də Yasamal rayon Mirəli Seyidov küçəsi, ev 43, mənzil 72-də yaşayan Bədəlova Vəfa evdən çıxıb yol gedərkən buzun üzərində sürüşüb və aldığı güclü travma nəticəsində hadisə yerində dünyasını dəyişib. 48 yaşlı V. Bədəlovanın kəllə-beyin travması aldığı güman edilir.
Rauf Nağıyev APA-ya bildirib ki, son bir gün ərzində paytaxtda yolun buz bağlaması nəticəsində stansiyaya 26 nəfər travma almış şəxs müraciət edib. Yuxarı və yuxarı ətraflarından müxtəlif dərəcəli xəsarət almış həmin xəstələrin 20-i xəstəxanaya yerləşdirilib. Qalan xəstələr isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Ümumilikdə yanvarın 6-dan indiyə kimi paytaxtda 131 nəfər travma almış xəstə stansiyaya müraciət edib. Onların 94-ü xəstəxanaya yerləşdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR