Bank Of Baku

Viktor Yuşşenko Ukrayna parlamentini GUAM-ın Nizamnaməsini ratifikasiya etməyə çağırıb

Viktor Yuşşenko Ukrayna parlamentini GUAM-ın Nizamnaməsini ratifikasiya etməyə çağırıb
# 12 yanvar 2008 11:31 (UTC +04:00)
Ukrayna prezidenti Viktor Yuşşenko Ali Radaya GUAM-ın Nizamnaməsinin ratifikasiya olunmasını təklif edib. APA-nın Ukrayna mənbələrinə istinadən verdiyi məlumata görə, V. Yuşşenkonun parlamentə göndərdiyi sənəddə bildirilir ki, Nizamnamə layihəsi GUAM-ın 2005-ci il aprelin 22-də keçirilmiş Kişinyov sammitinin qərarına əsasən hazırlanıb. Layihə həmin il mayın 22-də Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova xarici işlər nazirləri tərəfindən paraflanıb və ertəsi gün prezidentlər tərəfindən imzalanıb. Bundan sonra Nizamnamənin qismən yerinə yetirilməsinə başlanıb və qurumun katibliyi yaradılıb. V. Yuşşenko hesab edir ki, katibliyin Kiyevdə yerləşməsi Ukraynanın önəmli beynəlxalq siyasi mərkəzi kimi rolunu gücləndirəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR