Bank Of Baku

Bakıda ev yanması nəticəsində bir nəfər dünyasını dəyişib

Bakıda ev yanması nəticəsində bir nəfər dünyasını dəyişib
# 12 yanvar 2008 11:46 (UTC +04:00)
Yanvarın 12-də saat 01.35 radələrində Nəsimi rayonundakı Bakıxanov küçəsi ev 50 ünvanında yaşayan Valeri Şifermana məxsus 1 otaqlı evdə yanğın baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə 6 kvm. sahədə mənzilin konstruksiyaları yanıb, yanğın söndürüldükdən sonra V.Şifermanın yanmış meyiti aşkar edilib.
Yanvarın 11-də saat 13.50 radələrində isə Xətai rayonundakı NZS qəsəbəsi A. Qurbanov küçəsi ev 25-də yaşayan Xanlar Bayramova məxsus 1 mərtəbəli 3 otaqlı evdə yanğın baş verib. Nəticədə 40 kvm. sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb.
Faktlarla bağlı araşdırmalar aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR