Bank Of Baku

Astaradan Ukraynaya narkotik vasitə aparmağa cəhd edənlər tutulub

Astaradan Ukraynaya narkotik vasitə aparmağa cəhd edənlər tutulub
# 12 yanvar 2008 11:57 (UTC +04:00)
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Astara Rayon Polis Şöbəsi və rayon Gömrük İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində yanvarın 10-da Astara şəhəri ərazisində "DAF" markalı avtomaşın nəzarət qaydasında saxlanılıb və Astara rayon Gömrük İdarəsinin yük terminalına aparılaraq baxış keçirilib. Avtomaşının yük yerində 30 kiloqram 212,7 qram həşiş aşkar edilərək götürülüb. Narkotik vasitəni Ukraynaya keçirməyə cəhd göstərmiş Astara rayon sakinləri Rahil Nəcəfov, Əlisəfa Şirinov, Möhübbət Nəcəfov və Ukrayna vətəndaşı Andrey Slobodnyuk tutulublar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR