Bank Of Baku

Yolların buz bağlaması nəticəsində Azərbaycan paytaxtında xəsarət alanların sayı 155-ə çatıb

Yolların buz bağlaması nəticəsində Azərbaycan paytaxtında xəsarət alanların sayı 155-ə çatıb
# 14 yanvar 2008 08:59 (UTC +04:00)
Stansiyanın baş həkiminin operativ işlər üzrə müavini Rauf Nağıyev APA-ya bildirib ki, yuxarı və yuxarı ətraflarından müxtəlif dərəcəli xəsarət almış həmin xəstələrin 6-sı xəstəxanaya yerləşdirilib. Qalanları isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Ümumilikdə yanvarın 6-dan indiyədək paytaxtda xəsarət almış 155 nəfər stansiyaya müraciət edib. Onların 122-si xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, yolların buz bağlaması nəticəsində yanvarın 11-də Yasamal rayon Mirəli Seyidov küçəsi, ev 43, mənzil 72-də yaşayan Vəfa Bədəlova dünyasını dəyişib. Onun ölümünə sürüşüb yıxılma zamanı kəllə-beyin travması alması səbəb olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR