Bank Of Baku

Azərbaycanın Cəlilabad rayonunda 18 yaşlı ruhi xəstə intihar edib

Azərbaycanın Cəlilabad rayonunda 18 yaşlı ruhi xəstə intihar edib
# 14 yanvar 2008 09:03 (UTC +04:00)
Azərbaycanın Cəlilabad rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan APA-nın cənub bürosuna verilən məlumata görə, rayonun Sabirabad kənd sakini, 18 yaşlı Eldəniz Mətləb oğlu Əliyev yaşadığı evin həyətindəki daxmada özünü asaraq intihar edib. Mərhumun anası Fatimə Əliyeva oğlunun bir gün əvvəl qardaşıgilə getməkadı ilə evdən çıxdığını və geri qayıtmadığını bildirib. Ertəsi gün səhər saatlarında odun götürmək üçün daxmaya girən anası oğlunun tavandan asılmış meyiti ilə qarşılaşıb. Mərhumun atası Mətləb Əliyev isə oğlunun ruhi xəstə olduğunu, bu səbəbdən ona pensiya təyin edildiyini söyləyib. Atasının sözlərinə görə, E. Əliyevə bu il yanvarın 2-də rayon Hərbi Komissarlığından çağırış vərəqəsi gəlib və o, tibbi müayinədən keçib. Müayinə nəticəsində ruhi xəstə olduğu müəyyənləşən E. Əliyev hərbi xidmətə aparılmayıb. Meyitin üzərində zorakılıq əlaməti aşkarlanmayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR