Bank Of Baku

Oğurluqla məşğul olan hərbçi həbs olunub

Oğurluqla məşğul olan hərbçi həbs olunub
# 14 yanvar 2008 09:42 (UTC +04:00)
Müdafiə Nazirliyinin Şəmkir rayonundakı “N” saylı hərbi hissəsinin məzuniyyətdə olan hərbi qulluqçusu Bakıda oğurluq edib. Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1987-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Ramil Ramiz oğlu Hacıyev Nizami rayonu ərazisində bir neçə maşından maqnitofon və qiymətli əşyalar oğurlayıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində R. Hacıyev oğurladığı maqnitofonla birlikdə yaxalanıb. Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR