Bank Of Baku

Balakəndə narkotik alverçisi həbs edilib

Balakəndə narkotik alverçisi həbs edilib
# 14 yanvar 2008 13:11 (UTC +04:00)
Balakən polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi, saxlanması və istifadəsi ilə məşğul olan rayon sakinini həbs edib. Balakən rayon Polis Şöbəsinin rəis müavini Loğman İsmayılovun APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, polis bölməsinə daxil olan məlumat əsasında aparılan əməliyyat zamanı rayon sakini Fikrət İbrahimovun mənzilindən ümumi çəkisi 285 qram olan iki bağlama heroin aşkar edilərək götürülüb. Faktla əlaqədar F. İbrahimovun saxlanıldığını və araşdırmaların davam etdiyini vurğulayan rəis müavini həmin şəxsin daha əvvəl də narkotik vasitələrin qanunsuz saxlanması üstündə məhkum edildiyini diqqətə çatdırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR