Bank Of Baku

Azərbaycanın Qusar rayonunda ölümlə nəticələnən yanğın baş verib

Azərbaycanın Qusar rayonunda ölümlə nəticələnən yanğın baş verib
# 15 yanvar 2008 09:47 (UTC +04:00)
Bu gecə Azərbaycanın Qusar rayonunda ölümlə nəticələnən yanğın baş verib. APA-nın şimal bürosunun məlumatına görə, hadisə rayonun Samur qəsəbəsində yerləşən kafedə olub. Nəticədə kafedə gözətçi işləyən 1957-ci il təvəllüdlü Akim Gülməmməd oğlu Tağıyev yanaraq ölüb. Kafedə benzin qablarının olduğu bildirilir. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR